Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:54

ABŞ-da 100 maşın toqquşdu, azı 2 nəfər həlak olub



ABŞ-ın cənubunda Texas ştatında noyabrın 22-də baş vermiş avtomobil qəzasında azı 2 nəfər həlak olub, 80-dən çox adam da yaralanıb. Qəzada azı 100 maşın əzilib. Maşınlardan 18-i tam sıradan çıxıb.

Rəsmilər hadisənin ştatlararası yüksəksürətli yolda baş verdiyini deyirlər. Yaralılar yaxınlıqdakı Hyuston şəhərinin xəstəxanalarına yerləşdiriliblər.

Hadisənin səbəbi haqqında hələlik bir şey məlum deyil, amma polis buna sıx səhər dumanının səbəb olacağını bildirir.
XS
SM
MD
LG