Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 07:57

Talibançıların edamına cavab olaraq partlayış törədilib

Əfqanıstanın şərqindəki Vardak əyalətində intihaçı partlayış törədib. Partlayış nəticəsində 3 adam ölüb, 10-dan çox adam yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış əfqan ordusu və polisinin məşq bazasının yaxınlığında baş verib.

Partlayışa görə məsuliyyəti Taliban üstünə götürüb.

Taliban bildirib ki, bu, iki gün əvvəl Kabildə 4 talibançının edam olunmasına cavabdır.
This item is part of
XS
SM
MD
LG