Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:56

Brüsseldə Avropa Birliyinin sammiti başlanıb


Foto arxiv
Foto arxiv
Cümə axşamı Brüsseldə Avropa Birliyinin növbədənkənar sammiti başlanıb.

Sammitdə əsasən Avropa Birliyinin büdcəsi müzakirə olunur.

Birliyin 2014-2020-ci illər üçün büdcəsi ətrafında fikir ayrılıqları mövcuddur.

Böyük Britaniya və büdcəyə daha çox vəsait ayıran digər ölkələr üzvülük haqlarını ixtisar edilməyə çağırırlar.

Şərqi və Mərkəzi Avropa ölkələri başda olmaqla birliyin digər üzvləri isə büdcənin indiki həcmdə saxlanmasını və hətta artırılmasını tələb edirlər.

Birliyin büdcəsi 27 üzv ölkənin illik üzvlük haqqı hesabına yaradılır.

Buda ölçü kimi hər bir ölkənin daxili məhsulun 1 faizi götürülür.
XS
SM
MD
LG