Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:56

İslamabadda D-8 qrupunun sammiti başlanıb


İslamabadda inkişaf etməkdə olan islam ölkələri-D-8 qrupunun sammiti başlanıb.

Türkiyə, Pakistan, İran, Misir, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin iştirak etdiyi toplantıda əsasən investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunur.

Misir prezidenti Mohammad Morsi Qəzzə probleminə görə İslamabada səfərini təxirə salıb,

Onu bu toplantıda vitse-prezident Mahmod Mekki əvəz edir.

Həmçinin Banqladeşlə Malayziyanı sammitdə nazir müşavirləri təmsil edir.

D-8 qrupu 1997-ci ildə yaradılıb.

Məqsəd inkişaf etməkdə olan islam ölkələri arasında iqtisadi əməkdaşlığı dərinləşdirməkdir.

Sammit iştirakçıları 2018-ci ilədək üzv ölkələr arasında ticarət dövriyyəsini 130 milyard dollardan 507 milyarda qaldırmaq fikrindədirlər.

Sammitdə Qəzzə və Suriyadakı vəziyyət də müzakirə olunacaq.
XS
SM
MD
LG