Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

Nazarbayev özünə milli bayram keçirir


Nursultan Nazarbayev
Nursultan Nazarbayev
-
O, nağıl qəhrəmanıdır. Adına universitet var və ölkədəki adına olan saysız-hesabsız muzeyləri gəzə bilər. İndi Qazaxıstan prezidenti Nursultan Nazarbayev yeni imtiyazından – öz xüsusi bayramından zövq almağa hazırlaşır.

Dekabrın 1-də qeyd edilməsi nəzərdə tutulan Qazaxıstan Respublikasının İlk Prezidenti Günü ötən il təsis olunub. Nazarbayev müstəqillikdən sonra 1991-ci ildə keçirilən ilk prezident seçkisinin qalibidir.

Bayram gününə hələ bir həftədən çox vaxt qalsa da, ölkə genişmiqyaslı tədbirlərə indidən hazırlaşır.

Noyabrın 20-də Təhsil və Elm Nazirliyi məktəblilər arasında Nazarbayev-in adına müsabiqə keçirib.

Nazarbayev-in bioqrafiyası haqqında məlumatlılığı yeniyetmə Elbasy Bekmat-ı müsabiqənin qalibi edib.

Elbasy-nin adının mənası da «millətin rəhbəri» deməkdir. Bu isə Nazarbayev-in adının qarşısında yazılan rəsmi tituldur.

Astanada keçirilən rəsmi mərasimdən sonra Bekmat deyib ki, «millət başçısı Nazarbayev kimi müdrik siyasətçi olması» üçün onu Elbasy adlandırıblar.
Elbasy Bekmat
Elbasy Bekmat

O, əlavə edib ki, mühəndis olacaq və Elbaşı kimi xalqa xidmət edəcək.

«NAZARBAYEV HƏFTƏSİ» BAŞLAYIR

Astana meriyası deyib ki, dekabrın 1-də paytaxtda bir sıra tədbirlər keçiriləcək. Tədbir arasında idman yarışları, foto-kitab sərgiləri və konsert proqramı var.

Təhsil və Elm Nazirliyi elan edib ki, həftəboyu «Yeni dünyada Yeni Qazaxıstan» adlı tədbirlər keçirəcək.

Mediada «Nazarbayev həftəsi» kimi təqdim olunan tədbirlər noyabrın 29-dan başlayacaq.

Nazirlik deyib ki, «Xarici siyasətdə Qazaxıstanın təşəbbüsləri» və «Qazaxıstanın Sosial Müasirləşdirilməsi» mövzularındakı konfranslara 51 ölkədən 1500-ə yaxın iştirakçı qatılacaq.
Almatıda Nazarbaev-in heykəli
Almatıda Nazarbaev-in heykəli

Tənqidçilər deyirlər ki, getdikcə Nazarbayev-ə pərəstiş genişləndirilir.

Onun barəsində «Millətin rəhbəri» adlı ilk rəsmi avtobioqrafik kitab nəşr edilib.

Ötən il Almatıda Birinci Prezident Parkında onun böyük heykəli qoyulub.

Ölkədə onun saysız-hesabsız heykəlləri, adına muzeylər, parklar, məktəblər və institutlar var.

Astana onun ad günündə milli bayram kimi Şəhər Günü keçirir.

72 yaşlı Nazarbayev ölkəni sovet vaxtlarından idarə edir. O, dörd dəfə prezident seçkisinin qalibi olub. Hərçənd Qərb bu seçkiləri və o cümlədən referendumu ədalətli və azad saymayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG