Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Pakistanda bomba partlayışı 23 adamı öldürüb


Şiə müsəlmanları partlayışda ölən yaxınlarına yas saxlayır
Şiə müsəlmanları partlayışda ölən yaxınlarına yas saxlayır
-


Bu gecə Pakistanda şiələrin mərasimində intiharçının partlatdığı bomba 23 adamı öldürüb. 60 nəfər yaralanıb.

Hadisə İslamabad yaxınlığındakı Ravalpindi şəhərində baş verib. Partlayış Məhərrəmlik ayı ilə bağlı keçirilən mərasimdə törədilib.

Karaçi şəhərində də bomba şiələrin məscidini zədələyib. Azı bir nəfərin öldüyü deyilir. Yaralılar var.

Taliban hər iki hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu ərəfədə İslamabadda 8 ölkə - Pakistan, İran, Misir, Türkiyə, İndoneziya, Malaziya, Nigeriya və Banqladeş təmsilçilərinin görüşü gözlənir. Onlar ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.
XS
SM
MD
LG