Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:23

Yaşar Nuriylə vida mərasimi keçirildi


-
Saat 13.00-da Akademik Milli Dram teatrında aktyor Yaşar Nuri ilə vida mərasimi başlayıb. Vida mərasiminə aktyorun ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri qatılıb.

Anım mərasiminə qatılan kamança ifaçısı Habil Əliyev deyib ki, Yaşar düz eləmədi, ölüm növbəsini məndən aldı.

Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri uzun sürən xəstəlikdən sonra noyabrın 22-də səhər saatlarında vəfat edib.

Yaşar Nuri 2008-ci ildə İstanbul klinikasında qaraciyərindən əməliyyat olunub. Sonrakı illər də İstanbulda və Bakıda müalicəsi davam edib.




O, 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, tanınmış azərbaycanlı aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. O, «Bəyin oğurlanması», «Yaramaz», «Yol əhvalatı», «Hər şey yaxşılığa doğru», «Yoxlama» filmlərində, «Yarımştat», «Göz həkimi», «Kişilər» teletamaşalarında oynayıb.

Aktyorun əsasən baş rolları ifa etdiyi teletamaşalardan «Yollar görüşəndə...», «Ömrün yolları», «Qatarda», «Evləri köndələn yar», «Kökdən düşmüş piano», «Topal Teymur», «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» trilogiyası, «Göz həkimi», «Ac həriflər» və sairəni göstərmək olar.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın «Şöhrət» ordeni ilə təltif olunub.

Aktyor 2008-ci ildə AzadlıqRadiosunun «Tanınmışlar» verilişinə müsahibə verib. Müsahibəni burdan dinlə:




Yaşar Nuri sizin yadınızda hansı rolları ilə qalıb? Onun haqqındakı xatirələrinizi oxucularımızla bölüşün.

XS
SM
MD
LG