Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:55

"New York Times"ın rəqəmsal versiyası kağız versiyanı üstələdi


-

Azərbaycanda qəzetlərin çoxu hələ də kağız versiyalarının satış həcmini, şəbəkəsini genişləndirmək, bu yolla qazanclarını artırmaq haqda düşündükləri, İnternet saytlarını qəsdən gec yenilədikləri zamanda dünyanın aparıcı ölkələrində fərqli proses gedir.

Qəzetlər ilk növbədə öz rəqəmsal versiyalarına abunəni artırmağın yolları üzərində baş sındırır, kontentin İnternetdə pulla satışına güc verirlər.

Audit Bureau of Circulations (Tirajlar üzrə Audit Bürosu) Beynəlxalq Media Monitorinqi Təşkilatı özünün 6 aylıq hesabatını açıqlayıb və Amerika qəzetlərinin bu səylərinin bəhrə verdiyini təsdiqləyib.

Ən böyük sıçrayışı "The New York Times" qəzeti edib. Onun ümumi tirajı 40 faiz artaraq 1,6 milyona çatıb.

Bunun tərkibində rəqəmsal tirajın 2 dəfə artması diqqəti çəkir. Qəzetin rəqəmsal abunəçilərinin sayı 896 mini keçib.

Beləliklə də qəzetin rəqəmsal oxucularının sayı kağız versiyanın oxucularının sayını ötüb.

Kağız versiyanı təxminən 717 min nəfər oxuyur.

"The New York Times"ın əzəli rəqibi "The Wall Street Journal" ABŞ-da ən çox oxunan qəzet olaraq qalır.

Onun oxucularının ümumi sayı 2,3 milyon nəfərdir. Büronun məlumatına görə, qəzetin rəqəmsal oxucularının sayı 537 mindən 794 minə qalxıb.

Ümumilikdə, Amerika qəzetlərinin rəqəmsal oxucularının sayı bir ilə 9.8 faiz artıb. İndi rəqəmsal oxucular ümumi oxucu sayının 15,3 faizini təşkil edir.

oxuzali.az
XS
SM
MD
LG