Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Səfirlik Morningstar-ın Naxçıvan səfəri haqda açıqlama yaydı


Richard L. Morningstar
Richard L. Morningstar
-
ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatın səfir Richard Morningstar-ın Naxçıvan səfəri haqda yazdıqlarına aydınlıq gətirib.

Səfirliyin yaydığı açıqlamada deyilir ki, bəzi KİV-lər cənab Morningstar-ın muxtar respublikada demokratiyanın inkişafını təriflədiyini yazıblar:

«Cənab səfir hansısa bir şəxsə belə bir şərh verməyib və bunu iddia edən hər hansı bir məlumat doğru deyil. Səfər zamanı Richard Morninqstar bir neçə dövlət rəsmisi və insan haqları məsələləri üzrə fəal Məlahət Nəsibova da daxil olmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Cənab səfir xanım Nəsibovanın ofisinə ona dəstəyini nümayiş etdirmək məqsədi ilə baş çəkib. Və Məlahət xanımın gördüyü vacib işi ictimaiyyətə ünvanlandığı müsahibələrində qeyd edib. Səfir bəyanat və görüşlərində yerli rəsmiləri Məlahət Nəsibova kimi hüquq müdafiəçiləri ilə açıq dialoqa çağırıb», - deyə ABŞ səfirliyinin yaydığı açıqlamada bildirilir.

Səfir oktyabrın 31-i və noyabrın 1-də Naxçıvan MR-də səfərdə olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG