Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:24

«Naxçıvanın yüksəlişi tarix boyu yaradılan intibahların ən uca zirvəsində dayanır»


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 13 oktyabr 2012. sayı: 195 (20.600)


«HEYDƏR ƏLİYEV LEKTORİYASI»NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ

...Azərbaycanın müstəqillik tarixinə və inkişaf yoluna nəzər salmış, dövlət müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətindən danışmışdır. Azərbaycanın bütün sahələrindəki uğurlu inkişafdan da danışan akademik ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial – iqtisadi siyasətin ölkəmizə çox böyük uğurlar qazandırdığını, dahi rəhbərin əbədiyaşar ideyalarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir... Məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının yüksəlişi və tərəqqisi naminə həyata keçirdiyi tədbirlərdən ətraflı danışaraq Azərbaycanın bütün sahələrdəki inkişafına görə dünyanın aparıcı ölkələri ilə bir sırada dayandığını təhlil etdiyi faktlar əsasında lektoriya iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, milli dövlətçiliyimizin memarı və qurucusu, Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin həyatının, siyasi və dövlətçilik fəaliyyətinin, zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, təhlil edilərək öyrənilməsi və təbliği ən vacib məsələlərdəndir.

HƏR BİR VƏTƏNDAŞIN PREZİDENTİ

Azərbaycan Prezidenti Naxçıvana sonuncu səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirmiş və bunun səbəblərini belə açıqlamışdır: «Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir».

...Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar Respublikanın bugünkü yüksəlişi 5 min illik tarix boyu yaradılan intibahların ən uc zirvəsində dayanır. Bütün sahələrdə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burda həm ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir, həm də hər kəs öz işinə məhəbbətlə yaşanır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Oğullar əsgər gedir
- Naxçıvanda müasir dəmir yolu infrastrukturu yaradılıb
- Macarıstan – Azərbaycan biznes forumunda naxçıvanlı sahibkarlar da iştirak etmişlər
XS
SM
MD
LG