Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:34

İlham Əliyev adına səhləb gülü


İlham Əliyev adına səhləb gülü
-

Sinqapurda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Milli Səhləb Bağı ilə tanış olub.

Bağın icraçı direktorunun müavini Leonq Çi Çieu bildirib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə ((lat. orxideya) İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlət başçısına təqdim olunub. Məlumatı AzərTAc yayıb.

Milli Səhləb Bağı 70 hektar ərazidə yerləşir. O XIX əsrin sonlarında salınıb.

Tropikal memarlıq nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb.

1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınıb. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü var və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG