Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Tataristanda partlayış olub


Tatarıstan paytaxtı Kazanda yaşayış binası qarşısında baş verən partlayışda bir nəfər həlak olub. Rusiya İstintaq Komitəsindən bildiriblər ki, faktla bağlı cinayət işi açılıb.

Partlayışda həlak olan şəxs 39 yaşlı Alfred Sharafutdinovdur. O daha öncə qanunsuz silah və partlayıcı maddə saxlamağa görə məhkum edilibmiş.

Qurbanın yaxınlarının verdiyi ifadələrə görə, Sharafitdinov son iki həftədə davamlı olaraq içirmiş. İstintaq onun dini ekstremistlərlə əlaqəsi olacağı ilə bağlı iddiaları əsaslı saymır və hadisənin intihar ola biləcəyini də düşündüklərini bildiriblər.
XS
SM
MD
LG