Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

İranda prezident olmaq istəyənlər üçün tələblər sərtləşdirilir


İran Parlamenti noyabrın 20-də seçki məcəlləsinə dəyişiklər təkliflərini müzakirəsinə başlayıb. Layihədə prezident seçkisində iştirak etmək istəyənlər üçün tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Təkliflər arasında namizədlərin 45-75 yaş arası olması, İslami dini təhsil müəssisəsində azı Master dərəcəsinin olması, namizədliyin 25 dini xadim və 100 parlament üzvünün yazılı məktubu ilə dəstəklənməsi də var.

İranda növbəti prezident seçkiləri 2013-cü ilin İyun ayında keçiriləcək.

Son seçkilərdə qalib gəlməsi mübahisələr doğuran indiki prezident Mahmud Ahmadinejad artıq ikinci dövrdür ki, vəzifədə qaldığından gələn ilki seçkiyə qatıla bilməyəcək.
XS
SM
MD
LG