Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

Suriya regional döyüş meydanına çevrilə bilər


BMT Baş Katibi Suriyadakı humanitar vəziyyətdən və 20 ay davam edən qarşıdurmanın getdikcə daha silahlı münaqişəyə çevrilməsindən narahatdır. Noyabrın 20-də Ban Ki-moon Qahirədə Ərəb Liqasının Baş katibi Nabil Elaraby il danışıqlardan sonra belə deyib. Baş katib Suriyanın regional döyüş meydanına çevrilməsinin mümkünlüyündən danışıb.

Britaniya isə Suriyanın yeni yaradılan müxalifət koalisiyasını ölkənin rəsmi təmsilçisi kimi tanıdıqlarını bəyan edib.

Suriyadakı döyüşlər isə noyabrın 20-də davam edib. Dəməşqdə Suriya İnformasiya nazirliyinin binası mina tanlardan atəşə tutulub, insan tələfatı olmasa da, binada bpyük dağıntılar olub.
XS
SM
MD
LG