Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

Qəzzada atəşkəs


Qəzza zolağındakı yaraqlılar və İsrail atəşkəslə bağlı razılığa gəliblər.

Həmasın sözçüsü, Ayman Taha bildirib ki, Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs gecə yarısından (Bakı vaxtı ilə gecə saat 2) qüvvəyə minir.

Hələ ki, İsrail tərəfi atəşkəslə bağlı xəbərləri şərh etməyib.

Misir prezidenti Mohammed Morsi noyabrın 20-də bildirmişdi ki, atəşkəsə nail olmaq üçün cəhdlərinin ən qısa zamanda uğurla nəticələnəcəyinə şübhə etmir.

İsrailin Baş naziri Benjamin Netanyahu isə deyib ki, onun ölkəsi Qəzza böhranının uzun müddətli həllini təklif edən plana ortaq ola bilər. Ancaq, İsrail görsə ki, diplomatik yollar gözlənilən effekti vermir, dinc sakinlərinin raket hücumu təhlükəsindən qorumaq üçün çəkinmədən hərbi yollara yönələcək.

İsrailin Qəzzanı bombalamağa başlamasından sonra ölən fələstinlilərin sayı 100-ü keçib, aralarında qadınlar və uşaqlar da var. Qəzzadan atılan raketlər üzündən isə İsraildə 3 nəfər ölüb, bir neçəsi yaralanıb.
XS
SM
MD
LG