Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 08:07

Keçmiş Baş nazir korrupsiya ittihamı ilə 10 il həbs aldı


Ivo Sanader məhkəmədə polis əməkdaşlarının arasında oturub. 3 noyabr 2011
Ivo Sanader məhkəmədə polis əməkdaşlarının arasında oturub. 3 noyabr 2011
Xorvatiyanın keçmiş Baş naziri korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 20-də Zaqreb məhkəməsi keçmiş Baş nazir Ivo Sanaderin iki xarici şirkətdən rüşvət almaqda günahkar bilib.

Hakimə görə Sanaderin 2008-ci ildə neft şirkətinin özəlləşdirilməsi zamanı bir macar şirkətindən 10 milyon avro, 1995-ci ildə isə hələ nazir müavini olarkən Avstriya bankından dəfələrlə rüşvət aldığı sübuta yetirilib.

Sanader 2003-2009-cu illər arasında Xorvatiyanın Baş naziri olub. Özü isə ittihamları qəbul etmir və siyasi motivli olduğunu bildirir.
XS
SM
MD
LG