Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 03:29

İsrail Qəzzaya qurudan hücum planlarını təxirə salır


İsrail Qəzzaya qarşı qurudan hücum planlarını müvəqqəti olaraq təxirə salır. İsrail hökuməti bildirir ki, ABŞ Dövlət Katibi Hillary Clintonun bölgəyə səfərindən sonra bu planlara yenidən qayıda bilərlər.

ABŞ Prezidenti Barack Obama Vlintonu Yaxın Şərqdə atəşkəsə nail olmaq üçün bölgəyə ezam edir. Clinton Çərşənbə günü Qüdsdə İsrail rəsmiləri, sonra isə Misir və Fələstin liderləri ilə görüşlər keçirəcək.

BMT Baş Katibi Ban Ki-moon Qəzzada Hmas və İsrail arasında atəşkəsə çağırıb. Qahirədə çıxış edən Ban Ki-moon deyib ki, İsrail qurudan Qəzzaya hücum edərsə bu münaqişənin çox təhlükəli şəkildə gərginləşməsinə səbəb olar.

Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov Kambocada ABŞ Dövlət Katibi Hillary Clintonla görüşdən sonra deyib ki,

“Biz həm İsrail, həm də Həmas təmsilçiləriylə görüşürük. Ərəb Liqasının atəşkəs üçün göndərdiyi müsajları dəstəkləyirik, o cümlədən BMT-də Qəzza və İsraili atəşkəsə çağıran qətnamə layihəsi ilə bağlı”.

Atəşkəs çağırışlarına baxmayaraq İsrail dünən və bu gün Qəzzada 100 hədəfi vurduğunu bildirib. İsrailin Qəzzanı bombalamağa başlamasından sonra ölən fələstinlilərin sayı 100-ü keçib, aralarında qadınlar və uşaqlar da var. Qəzzadan atılan raketlər üzündən isə İsraildə 3 nəfər ölüb, bir neçəsi yaralanıb.
XS
SM
MD
LG