Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:52

Ban Ki-moon İsraillə «Həmas» arasında qarşıdurmanın genişlənə biləcəyindən narahatdır


İsraillə Həmas arasında münaqişə 7-ci günə qədəm qoyur
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

İsraillə Həmas arasında münaqişə 7-ci günə qədəm qoyur

-
BMT-nin baş katibi Ban Ki-moon İsraillə Həmas yaraqlıları arasında artıq yeddinci gündür davam edən qarşıdurmada təcili atəşkəsə çağırıb.

Çərşənbə axşamı Misirin paytaxtı Qahirədə Ərəb Liqasının rəhbəri Nabil Elaraby ilə böhranı müzakirə edən BMT Baş katibi zorakılığa son qoyulması üçün şəxsən müraciət etmək və atəşin dayandırılmasına nail olmaqda köməyini təklif etmək regiona gəlib. Ban Ki-moon həmçinin İsrailin Qəzzaya quru əməliyyatlarının münaqişəni təhlükəli səviyyədə genişləndirə biləcəyi haqda xəbərdarlıq edib:

“Ailələr və uşaqlar rəhmsiz zorakılıq nəticəsində öldürülüb. Bir daha qeyd edirəm, fələstinlilər və israillilər daha bir avizərbənin qorxusu içində yaşayırlar. Bu dayandırlmalıdır. Bütün tərəflər gərginliyin azaldılması üçün addımlar atmalıdır. Xüsusən də yalnız növbəti faciələrə səbəb ola biləcək quru əməliyyatlarına qarşı təcili addımlar atılmalıdır”.

Bu gün Ağ Ev də prezident Barack Obamanın dövlət katibi Hillary Clintonu regiona göndərdiyini elan edib.

Dövlət Katibi noyabrın 21-də Israilin baş naziri Benjamin Netanyahu ilə görüşəcək. Ramallahda Fələstin rəsmiləri ilə də müzakirələrdən sonra o, Qahirədə Misir liderləri ilə görüşəcək.

Bundan öncə prezident Obama deyib ki, Qəzza ərazisindən Həmasın raket hücumlarından qorunmaq İsrailin haqqıdır.

Bu arada İsrail ordusu bazar ertəsi və çərşənbə axşamı Qəzzada silah-sursat anbarları və hərbi komandanlıq mərkəzləri də daxil olmaqla 100 hədəfi vurduğunu bildirib.

Həmas yaraqlıları da ötən gecə İsrailə təxminən 20 raket atıblar.

Tərəflər arasında gərginlik noyabrın 14-dən alovlanıb. Həmin gün Həmasın nəzarətində olan Qəzzadan raket hücumlarına qarşı addımlar atdığını deyən İsrail Həmasın hərbi qanadının liderini öldürüb. Bundan sonra Qəzzadan atılan raketlərdən İsraildə 3 dinc sakin həlak olub. İsrailin bombardmanlarında isə fələstin rəsmiləri azı 27-i uşaq olmaqla 100-dən çox adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG