Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Alim Qasımov Kanadada konsert verəcək


Alim Qasımov
Alim Qasımov
-

Dekabrın 21-də Torontoda Muğam Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın tanınmış muğam ustası Alim Qasımovun «Sama-e Rast Muğam rəqsi» adlı konserti keçiriləcək.

Bu xəbəri APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən yayıb.

Festival Kanadanın və Ontario əyalətinin İncəsənət Şuraları, Ağaxan Muzeyinin himayəsi və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.

Festivalın məqsədi Azərbaycanın muğam ənənələrini Kanadada təbliğ etməkdir.
XS
SM
MD
LG