Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:34

Xaricə qaçan gürcüstanlı sabiq nazir vətənə dönən kimi həbs edilib


Son 5 ilini xaricdə keçirən Gürcüstanın keçmiş müdafiə naziri Irakly Okruashvili həbs edilib.
Gürcüstan ədliyyə naziri Tea Tsulukiani jurnalistlərə deyib ki, Okruashvili "günahsızlığını sübuta yetirmək üçün" Avropadan qayıdıb.

Nazir əlavə edib ki, Almaniya və Fransada məhkəmələrin Okruashvilini siyasi baxımdan izləndiyini desə də, ona qarşı bütün ittihamları dərhal ləğv etmək mümkün deyil.

Okruashvili 2007-ci ildə rüşvət alması və qeyri-qanuni silahlı birləşmə yaratması ittihamı ilə araşdırma başlayandan sonra ölkəni tərk edib.

Sabiq nazir qiyabi 11 illik həbsə məhkum edilib.

Gürcüstanın yeni hökuməti daxili işlər nazirliyinin keçmiş məmurlarına qarşı araşdırmalaya başlayandan sonra Okruashvili ölkəyə qayıdıb.
XS
SM
MD
LG