Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:27

Naxçıvanda internet klublara məhdudiyyət qoyulub?


Mətbuat icmalı
Mətbuat icmalı
-

VASİF TALIBOV İNTERNETİ TƏHLÜKƏ SAYIR

«Azadlıq» qəzeti yazır ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada internetə yeni metod tətbiq edib. Sentyabrın 15-dən sonra qoyulan yeni qaydalar internet klubların vəziyyətini daha da ağırlaşdırıb.

«Səhər saat 8.00-dan 14.00-a qədər və axşam saat 21.00-dan sonra məktəblilərin internet klublara buraxılmasına qadağa qoyulub. Göstərilən zaman ərzində məktəblilər internet-klublarda yaxalanarsa, həmin internet-klublar cərimələnə bilər...

Statistik məlumatlara görə, 220 min əhalisi olduğu göstərilən Naxçıvan Muxtar Respublikasında 20 internet-klub fəaliyyət göstərir. Bu isə əhalinin sayına böləndə 21 min nəfərə bir internet-klub deməkdir. Bunlardan 16-sı Naxçıvan şəhərində, 4-ü isə Muxtar Respublikanın rayon mərkəzlərindədir. 26 mindən artıq əhalisi olan Şahbuz rayonunda və 14 minə yaxın əhalisi olan Sədərək rayonunda internet-klub olsa da, fəaliyyətsizdir. 20 minə yaxın əhalisi olan Kəngərli rayonunda internet-klub ümumiyyətlə yoxdur».

MARŞRUT XƏTLƏRİ BİR-BİRİNİN ARDINCA BAĞLANIR

«Bizim yol» qəzeti son vaxtlar Bakıda bir-birinin ardınca bağlanan marşrut avtobuslarından yazır. «Əvvəl 9-cu mikrorayondan metronun «Gənclik» stansiyası istiqamətində işləyən 27, «Şərq» bazarının yaxınlığından mikrorayonlara işləyən 63 saylı marşrut xətləri bağlandı. Son zamanlar da 19, 34, 41, 58, 66 saylı marşrut xətləri bağlanıb». Metronun «Azadlıq prospekti» stansiyası - Biləcəri-Yeni Massiv-avtovağzal yolunda işləyən 72 saylı marşrutu da bağlayıblar.

Qəzet yazır ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən marşrutların hansı səbəbdən bağlanması haqqında açıqlama verməyiblər.

CAVİD QURBANOVUN SEÇİCİLƏRİ YOLU BAĞLAYIB ETİRAZ ETDİLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 98 ünvanda yerləşən binanın 120-yə yaxın sakini etiraz aksiyası keçirib. Cəbrayıl, Kəlbəcər və Zəngilandan olan məcburi köçkünlərin aksiya keçirməsinə səbəb onların yaşadıqları binadan zorla çıxarılmalarıdır. Məcburi köçkünlər bildirib ki, onları zorla Mehdiabad qəsəbəsindəki yarımçıq tikilən binaya köçürmək istəyirlər. Dediklərinə görə, həmin ərazidə məktəb də yoxdur.

«MÜXALİFƏT VƏ ONUN «BAŞBİLƏNLƏRİ» DÜŞÜNMƏLİDİRLƏR Kİ, MİTİNQ, PİKET BAŞQA ŞEYDİR»

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Mübariz Qurbanlının müsahibəsini dərc edib. «Bunun adına aksiya, mitinq, piket demək olmur. Mən bunun adını sadəcə xuliqanlıq qoyardım».

Mübariz Qurbanlı deyib ki, «mitinq və piketi qanun çərçivəsində etmək lazımdır. Bu cür xuliqanlıq hərəkətləri ilə yalnız və yalnız həm cəmiyyətə, həm də bütövlükdə orada iştirak edənlərə böyük xələl gətirirlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG