Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:24

Bolqarıstan Xalq Məclisinin sədri Azərbaycana səfərə gələcək


Noyabrın 26-da Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsacheva-nın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

APA-nın xəbərinə görə, T. Tsacheva səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Səfərin əsas məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsidir.

Xalq Məclisi Bolqarıstanda ali hakimiyyət orqanıdır. Bolqarıstan prezidenti Xalq Məclisinin qərarlarına veto qoymaq hüququna malik deyil.
XS
SM
MD
LG