Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 13:20

Qırğızstanda SMS-lə boşanmaq qanunsuz elan oluna bilər

Qırğızstan parlamentinin üzvü ölkənin baş müftisinə müraciət edib ki, müfti SMS-lə boşanmağı qanunsuz elan etsin.

Ar-Namus partiyasından deputat olan Bakir-Uulu deyib ki, Qırğızıstandan yüzlərlə, minlərlə işçi miqrant Rusiyada və Qazaxıstandadır. Onlar SMS ya e-maillə “talaq” yazıb öz həyat yoldaşlarını boşayırlar.

İslama görə, ər 3 dəfə “talaq” deməklə, arvadını boşaya bilər.

Qırğızstanda belə boşanmalardan şikayətlər artmaqdadır.

Keçən il qonşu Tacikistanda İslam Şurası xüsusi fitva verib, “talaq” mesajları ilə boşanmağı qanunsuz elan etdi.
This item is part of
XS
SM
MD
LG