Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Qəzzada ölənlərin sayı 95-ə çatdı


İsrailin Qəzzaya hava zərbələri ilə bazar ertəsi daha 18 adam ölüb. Bununla da ölənlərin ümumi sayı 95-ə çatıb.

İslamçı Cihad qrupu bildirir ki, onun bir lideri öldürülüb.

Hamas lideri Khaled Meshaal isə Qahirədə deyib ki, İsrail sülh istəyirsə, danışıqlara birinci başlamalıdır, çünki müharibəni İsrail başlayıb.

Türkiyənin baş naziri Erdogan bazar ertəsi İsraili yenə də terrorçu dövlət adlandırıb.
Avrasiya İslam Şurasında Erdogan deyib:

“Uşaqları qıranın bu dünyada yeri varmı? Deyə bilərikmi, onlar insanlığa hörmət edirlər? Bu mənada mən deyirəm, İsrail terrorçu dövlətdir”.
XS
SM
MD
LG