Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:49

Azərbaycan çap mediası yenə satışa göz dikib


Foto: Arxiv
Foto: Arxiv
-
Dünya təcrübəsinə görə, qəzet öz büdcəsinin azı 70 faizini reklamdan götürür. Qalan hissə satışdan gələn gəlirin payına düşür. Bu, həm qəzetlərin sürəkli nəşrinin, həm də müstəqil fəaliyyətinin göstəricisi sayılır.

30-40 VƏ 0.5 FAİZ

«Azərbaycan çap mediası reklam bazarından necə yararlanır?» sualına cavab tapmaq üçün AzadlıqRadiosu kiçik bir sorğu apardı.

Tiraj və ardıcıl çap baxımından önəmli sayılan 4 qəzetin reklam gəlirləri ilə maraqlanarkən bu cavablar alındı:

«Ayna/Zerakalo» -- 15-20 %;
«Yeni Azərbaycan» -- 3 %;
«525-ci qəzet» -- 30-40 %;
«Azadlıq» -- 0.5 %.

ƏN ÇOX REKLAM ALAN QƏZET

Rəşad Məcid
Rəşad Məcid
Siyahıya liderlik edən «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid deyir ki, Azərbaycanda qəzetin satış qiymətinin bahalığının da başlıca
səbəbi reklam bazarının yoxsulluğudur:

««525-ci qəzet» ən çox reklam çap edən qəzetlərdən biridir. Buna baxmayaraq, büdcəmizin 30-40, bəzi hallarda 50 %-i reklam gəlirlərindən formalaşır. Bütövlükdə Azərbaycanda qəzet satışı büdcə gəlirlərinin 80%-ni verir. Buna görə də, başqa ölkələrlə müqayisədə Azərbaycanda qəzetlərin qiyməti bahadır. Az tiraj və reklamsızlıq Azərbaycan qəzetlərinə normal biznes strukturuna çevrilməyə imkan vermir».

Bir vaxtlar reklam çapına görə lider olan «Ayna/Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, Azərbaycanın media reklam bazarı getdikcə
Elçin Şıxlı
Elçin Şıxlı
pisləşir:

«2005-2006-cı illərlə müqayisədə indi vəziyyət xeyli pisləşib. İqtisadiyyatda ədalətli rəqabət şəraiti olmadığından reklam verən də yoxdur. Əvvəllər reklamdan gələn gəliri proqnozlaşdıra bilirdim. Bilirdim ki, hansı şirkətlə, hansı müddətə müqavilə imzalamışam. Amma indi vəziyyət çox pisləşib».

55 MİLYONUN 2-3 MİLYONU

Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında Azərbaycanda reklam bazarının inkişafını zəruri hesab etmiş və bununla bağlı müvafiq qurumlara tapşırıq vermişdi.
Əflatun Amaşov və İlham Əliyev
Əflatun Amaşov və İlham Əliyev
Şuranın sədri Əflatun Amaşov 2 ay öncə 50-yə yaxın qəzetin təmsilçisi və Prezident Administrasiyasından Əli Həsənovun iştirakı ilə təkliflər hazırlandığını və bu təkliflərin müvafiq qurumlara göndərildiyini deyir. Təkliflərdə rəsmi qurumların tender elanlarının çapında siyasi mənsubiyyətin rol oynamaması, dövlət qurumlarının büdcəsindən çap mediası üçün 1%-in ayrılması, vergi güzəştlərinin tətbiqi yer alıb:

«Bu təklifləri reallaşdırılma dərəcəsini əvvəlcədən deyə bilmərəm. Bəzi təkliflər qanunlara əlavə və dəyişikliklər tələb edir. Hələlik bu məsələ müzakirə müstəvisindədir».

Əflatun Amaşov bildirir ki, Azərbaycanda media reklam bazarının həcmi 55 milyon manatdır. Həmin məbləğin əksər hissəsi televiziya və radioya gedir. Mətbuat Şurasının apardığı son hesablamalara görə, çap mediasına 2.5-3 milyon manatlıq reklam ayrılır.
XS
SM
MD
LG