Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

İsrail tankları Fələstinə girə bilər


Israil Qəzza ilə sərhədə hərbi texnika cəmləyir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Israil Qəzza ilə sərhədə hərbi texnika cəmləyir

-
Artıq altıncı gündür ki, İsrail Qəzzanı bombardman edir. «Həmas» isə hücumlara raketlərlə cavab verir. Son məlumatlara görə, 6 gündür davam edən əməliyyatlar zamanı 90-dan artıq fələstinli və 3 israilli öldürülüb.

İsrail bildirir ki, əsas hədəf «Həmas» hərəkatının liderləridir. Ancaq ölənlərin arasında uşaqlar da var. Qəzzadan «Həmas»ın İsrailin Aşkelon və Ofakim şəhərlərinə endirdiyi zərbələr nəticəsində isə 10-dan artıq adam yaralanıb.

İsrailin Baş naziri Benjamin Netanyahu deyib ki, İsrail «Həmas»ın nəzarət etdiyi Qəzza Zolağında hərbi əməliyyatları xeyli genişləndirməyə hazırdır. Netanyahu deyib ki, hərbi əməliyyatlar Qəzzanın raket arsenalına əhəmiyyətli dərəcədə zərbə vurub:

«İsrailin müdafiə qüvvələri Qəzzadakı 1000-dən artıq terror hədəfinə hücum edib. Əməliyyatlar davam edir. İsraili hədəfə götürən silahlara və onları idarə edənlərə ağır zərbə vurulub. «Həmas» və digər terror təşkilatlarının əməllərinin cavabı verilir. İsrailin müdafiə qüvvələri əməliyyatları xeyli dərəcədə genişləndirməyə hazırdır».

YARALANANLAR ARASINDA JURNALİSTLƏR DƏ VAR

İsrailin hava hücumundan müdafiə sistemi atəş açır, 19 noyabr 2012
İsrailin hava hücumundan müdafiə sistemi atəş açır, 19 noyabr 2012
Noyabrın 18-də İsrail onlarla hədəfə atəş açıb. Atəşə məruz qalan binalar arasında mediaya məxsus iki bina da olub. Onlardan biri «Həmas» televiziyasının yerləşdiyi binadır. Həmin binada xarici yayımçılar da olub. Bir neçə jurnalist yaralanıb. İranın «Press Tv»si bildirib ki, onun Qəzzadakı ofisi iki dəfə vurulub. İsrail ordusu isə bildirib ki, onların hədəfi həmin binanın üstündəki antenalar olub. İsrail deyir ki, həmin antenalardan «Həmas» öz döyüşçüləri ilə rabitə əlaqəsi saxlayırmış.

Noyabrın 18-də Qəzzadan üç raket İsrail ərazisinə düşüb. Həyəcan siqnalları paytaxt Tel-Əvivdə də eşidilir. Şəhərə atılmış iki raket İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Fələstin rəsmilərinin məlumatına görə, noyabrın 14-dən başlamış əməliyyatlarda ölənlərin sayı 90-ı keçib. Qəzzanın Baş naziri Ismail Haniyeh Misir prezidenti Mohamed Morsi ilə telefonla danışıb. Morsi atəşkəsin elan olunmasının vacibliyini bildirib.

BMT-nin Baş katibi Ban Ki-moon deyib ki, İsraillə Qəzza arasında dərhal atəşkəs elan edilməlidir.

Ban Ki-moon fələstinlilərin itkilərinə görə kədərləndiyini, Qəzzadan İsrailə raket atılması ilə bağlı da narahat olduğunu bildirib.

OBAMA FƏLƏSTİNLİLƏRİ GÜNAHLANDIRIR

Barack Obama
Barack Obama
İran parlamentinin spikeri Ali Larijani isə müsəlman ölkələrini Fələstinə silah yardımı göstərməyə çağırıb:

«Nə üçün ABŞ və Qərb sionist rejimini silahlandırır, ancaq Fələstinə isə silah göndərməyə icazə verilmir?».

ABŞ prezidenti Barack Obama isə gərginliyin artmasına görə Fələstin döyüşçülərini günahlandırıb:

«Gəlin aydınlaşdıraq görək bu gərginliyin artmasına səbəb nə olub? Raket atılan ərazilər təkcə İsrailin boş əraziləri deyil, həm də insanlarla məskunlaşmış ərazilərdir. Dünyada elə bir ölkə tapılmaz ki, ərazisinə raketlər düşsün, vətəndaşları həlak olsun, o da buna dözümlü yanaşsın. Biz İsrailin vətəndaşlarını müdafiə etməsini tam dəstəkləyirik».

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu noyabrın 20-də Ərəb Birliyi Dövlətləri Liqasının nazirləri ilə birlikdə Qəzzaya getməyi planlaşdırır. Noyabrın 17-də Davutoğlu Qahirədə «Həmas»ın Siyasi Bürosunun rəhbəri Halid Meshal ilə görüşmüşdü. Ərəb Birliyi Dövlətləri Liqasının Qahirədə keçirilən toplantısında Qəzzaya xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin göndərilməsi ilə bağlı qərar çıxarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG