Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 20:23

Qış 200 min qaçqın suriyalı uşaq üçün təhlükə yaradır

Uşaqlara beynəlxalq yardım təşkilatı Save the Children qarşıladan gələn qışın 200 min qaçqın suriyalı uşaq üçün ciddi təhlükə yaratdığını bildirib.

Təşkilat bildirir ki, qaçqınların çoxunun humanitar yardıma ehtiyacı var. Bununla bağlı maddi yardım kampaniyasına başlanılıb. Xüsusilə azyaşlı uşaqların, yaşlı və xəstələrin risk altında olduğu bildirilir.

BMT bildirir ki, qonşu ölkələrə indiyə qədər 400 min suriyalı qaçıb. Bu sayın ilin sonuna qədər 700 minə çatacağı bildirilir.
This item is part of
XS
SM
MD
LG