Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

İsrail-Suriya sərhəddində yenidən atəşma olub


İsrail-Suriya sərhəddində, Colan yüksəkliklərində yenidən silahlı insident baş verib.

Bu, ay ərzində baş verən 3-cü belə insidentdir.

Şənbə günü İsrail ordusunun mövqei Suriya tərəfdən atəşə tutulub və İsrail buna atəşlə cavab verib.

Xəsarət alan olmayıb.

İsrail əvvəlki insidentlər barədə BMT təhlükəsizlik şurasına rəsmi məlumat verib.

İsrail Suriya ərazisi olan Colan yüksəkliklərini 1967-ci ildə 6 günlük müharibədən sonra işğal edib.

İsrail rəsmisi bu günlərdə bildirib ki, İndiki insident Suriyanın daxilindəki münaqişə ilə bağlıdır.
XS
SM
MD
LG