Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:07

İKEA şirkəti məhbuslara görə üzr istədi


Foto arxiv
İsveçin İKEA mebel şirkəti 1980-ci illərdə Almaniya Demokratik Respublikasındakı fabriklərində siyasi məhbusların əməyindən istifadəyə görə üzr istəyib.

Ernst and Young auditor şirkəti cümə günü Şərqi Almaniyadakı mebel fabriklərində məhbuslar, o cümlədən vicdan məhbuslarının əməyindən geniş istifadə edilməsini sübut edən hesabat yayıb.

Hüquq müdafiəçilərinin müdaxiləsindən sonra IKEA-nın sifarişi ilə hazırlanmış hesabatda qeyd olunur ki, şirkət rəhbərliyi bundan xəbərdar olub tədbirlər görsə də bu heç bir nəticə verməyib.
XS
SM
MD
LG