Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:15

İsrailin paytaxtına raket atılıb



Həmasın hərbi qanadı noyabrın 15-də İsrailin paytaxtına raket atdığını təsdiq edib. İsrail rəsmiləri raketin açıq əraziyə düşdüyünü və heç bir zərər vurmadığını bildiriblər. Paytaxtda xəbərdarlıq siqnalları işə düşüb.

Eyni zamanda İsrail də Qəzza Sahili ilə sərhəd ərazilərə tanklar və başqa hərbi texnika cəmləyir.

İsrail ordusu Fələstin Ərazilərinin Həmasın nəzarətində olan hissələrinə quru əməliyyatını istisna etmir və ordu artıq ehtiyatda olan 16 000 əsgəri orduya çağırıb.

Misirdə də minlərlə adam küçələrə çıxaraq İsrailin Qəzzaya hücumlarına qarşı şüarlar səsləndiriblər. Misirin Baş naziri bu gün Qəzzaya qısamüddətli səfərində İsraili təcavüzkar adlandırıb.

Bir neçə gün əvvəl İsrailin Həmasın hərbi qanadının liderini öldürməsindən sonra tərəflər arasında gərginlik qızışıb. Fələstin rəsmiləri İsrail hərbi hava qüvvələrinin bombardmanlarında uşaqlar da olmaqla 18 nəfərin həlak olduğunu bildirir.

Həmasın atdığı raketdən də İsraildə 3 dinc sakin həlak olub.
XS
SM
MD
LG