Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:16

«Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verilib»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 29 avqust 2012. sayı: 162 (20.567)


CULFA RAYONUNDA PAYIZ – QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB

Dünən Culfa Rayon İcra Hakimiyyətində payız – qış mövsümünə hazırlıq, bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədən irəli gələn vəzifələrin icra vəziyyəti müzakirə edilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, payız – qış mövsümünə hazırlıqla əlaqədar hər il müşavirələr keçirilir, mövcud problemlərin aradan qaldırılması istiqamətində vəzifələr müəyyənləşdirilir. Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə payız – qış mövsümünə hazırlıqla bağlı bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməlidir.

...Sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyevin, rayon Elektrik Şəbəkəsinin direktoru Səis Həşimovun, Culfa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Əliyevin çıxışları dinlənilib.

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ MÜŞAVİRƏ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə keçirilib. Tədbirdə çıxış edən nazir Hafiz Yaqubov Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirlik qarşısında bir sıra tapşırıqların qoyulduğunu vurğulayıb. Bu tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan işlərdən danışıb.

Qeyd olunub ki, payız – qış mövsümündə ətraf mühitə atılan təsirlərin, meşə ehtiyatlarından qanunsuz istifadənin və digər qanunazidd halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin icra edilməsi üçün aidiyyəti hüquq – mühafizə orqanları ilə birgə xüsusi tədbirlər hazırlanıb həyata keçirilir.

Bildirilib ki, qış mövsümündə təbiət ərazilərinin qalın qar örtüyü ilə örtülməsi nəticəsində fauna ehtiyatlarının qismən qidaya olan tələbatını yaxşılaşdırmaq məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində - qoruq, milli park, yasaqlıqlarda biotexniki tədbirlərin icra edilməsi üçün hazırlıq işləri aparılır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Sərhəd bölgəsində yeni quruculuq ünvanları

- Meyvə bağları salmaq üçün ərazilər müəyyənləşdirilir

- Müasirliyin daha bir ünvanı - Culfa
XS
SM
MD
LG