Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:43

İordaniyada Kralın istefası tələbilə etirazlar başlayıb



Noyabrın 16-da Əmmanda minlərlə adamın iştirakı ilə etiraz aksiyası keçirilib. Yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq keçirilən aksiyada Kral Abdullanın istefası tələb ediblər. Aksiyaçılar “İstefa ver, Abdulla, istefa ver”, “Xalq rejimin ləğvini istəyir” kimi şüarlar səsləndiriblər.

Polis Kral Sarayına yönələn aksiyaçıların yolunu kəsib.

İordaniyanın başqa şəhərlərində də kiçik aksiyalar olub.

Dünən İordaniya hökuməti ölkədə benzin və dizel yanacağının qiymətinin qaldırılması barədə qərar verib.

İordaniyada kralın təhqir olunması, ya da istefaya çağırılması çox nadir hadisədir. Çünki bu əməllər ölkədə qanunsuz sayılır və həbslə cəzalandırılır. 50 yaşlı Kral Abdulla 1999-cu ildən hakimiyyət başındadır.
XS
SM
MD
LG