Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:30

Gürcüstanda tutatut davam edir... [Video]


Gürcüstan hərbi rəhbərliyində həbslər aparılır
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Gürcüstan hərbi rəhbərliyində həbslər aparılır

-

Gürcüstan Daxili İşlər Nazirliyinin daha bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

Noyabrın 16-da Baş Prokurorluq bildirib ki, həbs olunanların sayı 12 nəfərə çatıb. Noyabrın 13-də 9 nəfər həbs edilmişdi.

Saxlananların 11 nəfəri Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarıdır. Onların arasında departamentin rəhbəri Levan Kardava da var.

İVANİSHVİLİ-YƏ QARŞI "QANUNSUZ ƏMƏLLƏR"

Baş prokuror Archil Kbilashvili notabrın 15-də jurnalistlərə bildirib ki, ittiham edilən şəxslər qanunsuz olaraq gürcü siyasətçilərinin telefonlarına qulaq asıblar, o cümlədən baş nazir olanacan milyarder Bidzina Ivanishvili-nin.

Kbilashvili onu da deyib ki, sözügedən 12 nəfər Ivanishvili-nin cangüdəninin oğurlanmasında da ittiham edilirlər. İttihama görə, bundan sonra həmin cangüdən şantaj edilib və Ivanishvili-nin “Gürcü arzusu” koalisiyasının əleyhinə danışmağa məcbur edilib.

Amma bu da son ittiham deyil. Kbilashvili bildirib ki, ittiham edilən şəxslər Ivanishvili-nin şirkətinə məxsus elektronik qurğuları qanunsuz şəkildə məhv etməkdə də şübhəli bilinirlər.

Koalisiyası oktyabrın 1-dəki parlament seçkilərini udandan sonra baş nazir olan İvanishvili prezident Saakaşvilinin hakimiyyəti dövründə baş verən bəzi cinayətlərin yenidən araşdırılacağını bildirib.

Mikheil Saakashvili
Mikheil Saakashvili
Keçən həftə Gürcüstanın sabiq daxili işlər naziri, Silahlı Qüvvələrin qərargah rəisi və Gürcüstan Ordusunun briqada komandirinə qarşı da cinayət işi qaldırılıb.

"ONLAR KÜTLƏVİ HƏBSLƏR SÖZ VERMƏMİŞDİLƏR"

Noyabrın 14-də isə Gürcüstan prezidenti Mixeil Saakaşvili Avropaya səfəri zamanı – Avropa Parlamentinin prezidenti Martin Schulz-la birlikdə keçirdiyi mətbuat konfransında demişdi ki, həbslərdən narahatdır və tezliklə vəziyyətin normallaşacağına ümid edir:

“Mən düşünmürəm ki, onlar seçkidə gürcü xalqına kütləvi həbslər vəd etmişdilər. Əksinə hakimiyyətə gələn qüvvələr seçki kampaniyası zamanı söz vermişdilər ki, Konstitusiya çəçivəsində çoxmillətli ölkədə insanların istəklərini həyata keçirəcək, onların daha yaxşı yaşaması üçün çalışacaqlar”.

Avropa Parlamentinin prezidenti Schulz isə mətbuat konfransında qeyd edib ki, Gürcüstandan gələn həbs xəbərlərini araşdırmağı tapşırıb.

Schulz deyir ki, onun ölkəsində, yəni Almaniyada keçmiş nazirləri həbs etmirlər, ona görə də Gürcüstandan gələn xəbərlər onun üçün sürpriz olub. O öz müşavirlərinə tapşırıb ki, gürcü məmulara qarşı ittihamların mümkün siyasi və hüquqi aspektlərini araşdırsınlar. O deyib ki, müşavirlərinin hesabatının hazır olmasını gözləyir, bundan sonra öz mövqeyini bildirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG