Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar namizədlər üçün yazılı imtahan keçirilir



Baş Prokurorluğun Müsabiqə Komissiyası noyabrın 16-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Texniki Universitetinin idman sarayında prokurorluq orqanlarına işə qəbulla əlaqədar yazılı imtahan keçirir.

AzərTAc xəbər verir ki, yazılı imtahan saat 10.00-da başlayıb və 4 saat davam edəcək.

İmtahanın şəffaf və aşkarlıq şəraitində keçirilməsi məqsədilə tədbirdə hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Müsabiqəyə sənəd verənlərdən 89 nəfəri yazılı imtahanda iştirak edir.

Yazılı imtahanda müvafiq keçid balı toplamış şəxslər müsabiqənin üçüncü-müsahibə mərhələsinə buraxılacaq.

Yazılı imtahanının nəticələri barədə əlavə məlumat veriləcək.
XS
SM
MD
LG