Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 09:38

İlham Əliyev Ramzan Kadyrovu qəbul edib


İlham Əliyev və Ramzan Kadyrov
Azərbaycan prezidenti İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadyrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev bildirib ki, Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə əməkdaşlıq,
Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

İlham Əliyev qeyd edib ki, Ramzan Kadyrovun ikinci dəfə Azərbaycana səfəri iki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən xəbər verir.

Ramzan Kadyrov isə bildirib ki, Çeçen xalqı Azərbaycan xalqını özünə qardaş və dost hesab edir və bu iki xalq arasında münasibətlərin tarixi kökləri var.
XS
SM
MD
LG