Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Azərbaycanda həkim və müəllimlərin maaşı artırılacaq


2013-cü ilin dövlət büdcəsində həkim və müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov cümə axşamı Milli Məclisdə 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O həmçinin qeyd edib ki, növbəti illərdə dünyadakı vəziyyətə uyğun olaraq dövlət büdcəsinə neftin qiymətinə dair dəyişikliklər də edilə bilər.

Amma hesablamalara görə, dövlət büdcəsinin gəlir hissəsinə dəyişikliklər gözlənilmir - deyə Şərifov vurğulayıb.

Nazir ölkədə şagird-müəllim nisbətinə də toxunub və bildirib ki, Azərbaycanda 8 şagirdə 1, Avropa ölkələrində isə 15 şagirdə 1 müəllim düşür.

Bu səbəbdən də müəllim sayının azaldılması vacibdir və bu problem səhiyyə sahəsində də var.

Buna görə də struktur islahatlar aparmalıyıq ki, vəsaitlərdən daha səmərəli istifadə olunsun, - deyə nazir əlavə edib.
XS
SM
MD
LG