Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Bakı meriyası müxalifətin mitinqinə yox dedi


Bakı Şəhər İcra Hakimiyyəti müxalifət fəallarının noyabrın 17-də Fəvvarələr meydanında
Parlamentin buraxılması tələbi ilə aksiya keçirməsinə icazə verməyib.

Bu barədə APA agentliyi Aksiyanın Təşkilat Komitəsinə istinadla xəbər verir.

Təşkilat komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə
APA-ya bildirib ki, onlar aksiyanı həmin yerdə keçirməkdə israrlıdır və meriyanın cavabını sərbəst toplaşmaq azadlığının pozulması kimi qiymətləndirirlər.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.
XS
SM
MD
LG