Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:45

Vatikanda Azərbaycana həsr olunmuş sərgi açılıb


Vatikan
Vatikan
-
Vatikanda Azərbaycan incəsənətinə həsr olunmuş rəsm sərgisinin açılışı olub.

APA-nın «France -Press»ə istinadən yaydığı məlumata görə, sərgidə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Mədəniyyət üzrə Papa Şurasının sədri kardinal Gianfranco Ravasi iştirak edib.

Xəbərdə deyilir ki, Heydər Əliyev Fondu bu ilin əvvəlində Romada ilkin xristianlıq dövrünə dair Mertsellina və Pyotr katakombalarının bərpasını maliyyələşdirib.

Bundan başqa, kardinal Gianfranco Ravasi ötən il Bakıya səfər edib, o zaman Azərbaycan katolik kilsəsinin öz ərazisindəki qanuni hüquqlarını tanıyıb.

BERLİNDƏ İSƏ «FLY TO BAKU» SƏRGİSİ AÇILIB

Berlində keçirilən «Fly to Baku» sərgisi rekord sayda ziyarətçi cəlb edib.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun Azərbaycanın Almaniyadakı səfirliyi və «Bakı» jurnalı ilə birgə əməkdaşlıq çərçivəsində Berlində təşkil etdiyi «Fly to Baku» sərgisi müvəffəqiyyətlə davam edir.

Sərgi bu il noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən açılıb.

Sərgi Berlinin tanınmış qalereyalarından biri olan «me Collectors Room» qalereyasında keçirilir.

Müasir Azərbaycan incəsənətini əks etdirən sərgini yalnız açılış günü deyil, sonrakı günlərdə də çoxsaylı insanlar ziyarət edib.

Qalereya rəhbərliyinin məlumatına görə, «Fly to Baku» sərgisi «me Collectors Room» qalereyasının indiyə kimi keçirdiyi sərgilər arasında ən çox ziyarətçisi olan sərgi hesab olunur.

Noyabrın 17-dək davam edəcək sərgiyə hər gün 300-ə yaxın ziyarətçinin gəldiyi müəyyən edilib.
XS
SM
MD
LG