Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:55

Şaxtalı havada qalın geyinmək əsas deyil, həm də gülmək lazımdır...


Mətbuat icmalı
Mətbuat icmalı
-

«Ekspress» qəzeti gülüşün üşüməmək üçün ən yaxşı vasitə olduğunu yazır. Qəzet yazır ki, «Şaxtalı hava xoşbəxtlik hormonu olan serotini yüksəldir».

Həkimlərə istinadən qəzet, üşüməmək üçün başqa məsləhətlər də verir.

«Üz üşüməsin deyə küçəyə çıxmazdan 30-40 dəqiqə əvvəl üzə yağlı krem çəkməyi məsləhət görürük. «Böyük sırğalar da qulaqların tez üşüməsinə səbəb olur. Xüsusilə də dəmir sırğalar istini saxlamağa qoymur. Saçlar isə üşüməsə də, soyuq havada başın dərisində qan dövranı ləngiyir. Saçlar lazımi vitaminləri almır. Nəticədə solur, parıltısını itirir, tökülməyə başlayır. Çox soyuq havada hətta saçın dibləri də ağrıyır. Bunun qarşısını almaq üçünsə çoxları papaq taxmağı sevməsələr də, saçların gözəl qalması üçün papaq taxmaq lazımdır».

YAP-IN NİZAMNAMƏSİNİ HEYDƏR ƏLİYEV YAZIB

Yeni Azərbaycan Partiyasının (YAP) nizamnaməsini Heydər Əliyev yazıb. Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov «Yeni Azərbaycan» qəzetindəki müsahibəsində deyib.

«Bu, təkcə partiyamızın deyil, Azərbaycanın da 20-30 il sonrakı inkişafını əks etdirən proqram idi».

ATƏT-İN BAKI OFİSİNƏ ETİRAZ

«Bizim yol» qəzeti «ATƏT-in Bakıdakı səfirinə kəskin etiraz»dan yazır.

Hüquq müdafiəçisi Rəsul Cəfərova görə, «sanki məqsədli şəkildə bu cür mövqeli adamları Azərbaycana göndərirlər», yazar Şahvələd Çobanoğlu isə deyib ki, «cənab səfirə elə reaksiya vermək lazımdır ki, başqaları peşman olsun».

Siyasilər və hüquq müdafiəçiləri Koray Targay-ın AzadlıqRadiosundakı müsahibəsində «insan haqları sahəsini 20 il öncə ilə müqayisə etsəniz, irəliləmə görərsiniz... Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq» fikrinə etiraz edirlər.

YENİDƏN HÜCUMA KEÇƏN ABDULLAYEV...

«Yeni Müsavat» qəzeti fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru və Fransada mühacirətdə olan Elşad Abdullayevin yenidən hücuma keçdiyini yazır. Elşad Abdullayev haqqında yazılanlara cavab olaraq deyib ki, «Azərbaycanda adam oğurluğu ilə məşğul olan təşkilat var, onlar Hacı Məmmədovdan da təhlükəlidir». O, qardaşının itkin düşməsi ilə bağlı 12 müstəntiqin dəyişdiyini, amma indiyə qədər nə cinayəti icra edənlərin, nə də sifarişçilərin cəzalandırılmadığını deyib.

VƏ SAİR ALTINDAKI 2 MİLYARD

«Azadlıq» qəzeti gələn ilin dövlət büdcəsində «təyinatı qaranlıq qalan 2 milyard manat»dan yazır. Qəzet yazır ki, «Gələn ilin dövlət büdcəsində bu qədər vəsait «və sair» adı altında xərclənəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG