Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

Üç israilli öldürülüb


Qəzzada Həmasın hərbi qanadının lideri Ahmed al-Jabarinin öldürülməsindən sonra bölgədə gərginlik davam edir. Bu gün üç israilli öldürülüb.

İsrail polisi Həmasa bağlı yaraqlıların raket atdığını, bunu nəticəsində bir binada üç nəfərin öldüyünü, ikisinin də yaralandığını bildirib.

Dünən İsrail silahlıların Qəzzadakı mövqelərinə 20-dən artıq hava zərbəsi endirib. 10-a qədər yaraqlının öldürüldüyü bildirilir. Ahmed al-Jabarinin getdiyi maşın da havadan raketlə vurulub.

İzz el-Din al-Qassam qrupu al-Jabarinin ölümünə görə, İsraili cəzalandıracağını bildirib.

Ahmed al-Jabari İsrailin son 4 ildə Qəzzada öldürdüyü ən yüksək rütbəli Həmas komandiri idi.
XS
SM
MD
LG