Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:17

BMT TŞ Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək


BMT Təhlükəsizlik Şurası Yzxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzzada Həmas hərəkatına daxil olan silahlı qanad – İzz el-Din al-Qassam-ın lideri Ahmed al-Jabarinin öldürülməsini müzakirə edəcək.

Dünən İsrail silahlıların Qəzzadakı mövqelərinə 20-dən artıq hava zərbəsi endirib. 10-a qədər yaraqlının öldürüldüyü bildirilir. Ahmed al-Jabarinin getdiyi maşın da havadan raketlə vurulub.

İzz el-Din al-Qassam qrupu al-Jabarinin ölümünə görə, İsraili cəzalandıracağını bildirib.

Ahmed al-Jabari İsrailin son 4 ildə Qəzzada öldürdüyü ən yüksək rütbəli Həmas komandiri idi.

İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Avital Leybovich bildirib ki, Qəzzaya endirilən hava zərbələri fələstinlilərin İsrail ərazilərini atəşə tutmasına cavab olub.


İsrailin baş naziri Benjamin Natanyahu bildirib ki, dinc adamların müdafiəsi üçün onun hakimiyyəti hər şey edəcək.
XS
SM
MD
LG