Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Rasmussen gürcü məmurların məhkəməsindən narahatdır


“Gürcüstanda siyasi xadimlərə qarşı məhkəmə prosesində qanunun aliliyindən çıxış etmək lazımdır”.

Bunu NATO-nun baş katibi Anders Fogh Rasmussen Gürcüstanın keçmiş daxili işlər naziri
Bacho Akhalaia, silahlı qüvvələrin baş qərargah rəisi George Kalandadze və briqada komandanı Zurab Shamatavanın işi ilə bağlı istintaqa münasibət bildirirəkən deyib.

O çərşənbə günü Brüsseldə Gürcüstanın baş naziri Bidzina İvanishvili ilə keçirdiyi mətbuat konfransında məsələnin siyasi motivli ola bilməsindən narahatlığını bildirib.

İvanishvili isə prosesin şəffav və bütün hüquq normalarına uyğun keçiriləcəyini vəd edib.
XS
SM
MD
LG