Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:49

Suriya Fransanın qərarını pisləyib


Suriya hakimiyyəti Fransanın birləşmiş Suriya müxalifətini tanımasını ədəbsizlik adalandırıb.

Suriya xarici işlər nazirinin müavini Faisal Mukdad bildirib ki, Paris bununla qatil və terrorçulara dəstək təklif edib.

Fransa prezidenti Francois Hollande çərşənbə axşamı ölkəsinin birləşmiş Suriya müxalifətini rəsmi şəkildə tanıdığını bəyan edib.

Suriya müxalifəti bazar günü Qətərin paytaxtı Dohada keçirilən konfransda geniş tərkibdə yeni kolaisiya yaradılması barədə qərar qəbul edib.

Məqsəd 20 aydır ki, davam edən münaqişə və Bashar Assad rejiminə son qoymaqdır.
XS
SM
MD
LG