Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:19

Avropada işsizliyə və qənaət tədbirlərinə qarşı aksiyalar keçirilir


Bu gün Avropa Birliyinin bir çox ölkələrində artan işsizlik və sərt qənaət tədbirlərinə etiraz olaraq aksiyalar keçirilir. Aksiyalarda 23 ölkədəki 40 müxtəlif qruplar iştirak edir.

İspaniya, Yunanıstan, Portuqaliya və İtaliyada da aksiyalar keçirilməsi planlaşdırılır. Belçika, Almaniya, Fransa, İngiltərə və Şərqi Avropada ölkələrində də etiraz aksiyaları var.

İtaliyada rabitə işçiləri də ölkə miqyasında 4 saatlıq tətil keçirəcək. Yunanıstanda isə fəhlələr son iki ayda üçüncü dəfə tətil keçirəcək.


Aksiyalar Avropa Həmkarlar İttifaqları Konfederasiyasının çağırışı ilə keçirilir. Həmkarlar İttifaqları maaşların, pensiyaların və vergilərin artırılmasına qarşı çıxır.
XS
SM
MD
LG