Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

Yağıntılı hava noyabrın 16-dək davam edəcək


Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il havalar daha xoş keçir. Belə ki, keçən il noyabrın 7-si, 24-ü və 25-də qar yağıb, mənfi 3 dərəcə temperatur qeyd alınıb. Ötən il ümumiyyətlə qış mövsümü çox soyuq keçib və hətta temperatur normadan mənfi 4.8 dərəcə aşağı olub.

«Azərbaycanda son günlər bəzi yerlərə normadan artıq yağıntı düşüb. Yağıntılar ən çox mövsüm xarakterli Lənkəran-Astara, Mərkəzi Aran regionunda qeydə alınıb. Hətta ölkənin bəzi dağlıq ərazilərinə 2-5 sm qalınlıqda ilk qar yağıb. Belə yağıntılı hava şəraiti noyabrın 16-dək davam edəcək. Yağıntı əsasən, ölkənin şərq rayonlarında gözlənilir», deyə baş hidroloq bildirib.
A. Verdiyev yağıntılarla əlaqədar çaylarda sululuğun artımının müşahidə olunmadığını deyib:

«Ən çox artım noyabrın 12-də Lənkəran və Astara rayonları ərazisindəki çarlarda qeydə alınıb. Həmin gün çaylarda suyun səviyyəsi kəskin artsa da, hazırda çaylarda suyun səviyyəsi aşağı düşüb və ciddi artım yoxdur».
XS
SM
MD
LG