Gürcüstanın ötən həftə həbs olunub, zaminə buraxılan keçmiş Daxili İşlər naziri və Baş qərargah rəisinə qarşı yeni ittihamlar irəli sürülüb.
Gürcüstanın Baş prokurorluğu bildirib ki, eks Daxili İşlər naziri Bacho Akhalaia indi əsgərlərə qarşı pis rəftar və işgəncədə ittiham edilir. Silahlı Qüvvələrin Baş qərargah rəisi Giorgi Kalandadzeyə qarşı isə vəzifə səlahiyyətlərini aşma, əsgərləri 3 gün ərzində istiliksiz və ac-susuz qoyma kimi ittihamlar irəli sürülüb.
Akhalaia və Briqada komandiri Zurab Shamatava ötən həftə həbs olunmudular və sonra zaminə buraxılmışdılar. Noyabrın 13-də prokurorluq Kalandadzenin yenidən həbs edilməsini tələb edib.
Bazar ertəsi isə, NATO Baş katibi Anders Fogh Rasmussen Gürcüstanda siyasi rəqiblərin həbsindən narahatlığını bildirmişdi.