Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Amerika generalı qadınla şübhəli əlaqəsinə görə istintaqa cəlb edilib


Əfqanıstandakı Amerika qoşunlarının komandanı General John Allen Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) Direktoru David Petraeusun istefasına səbəb olan qadınla - Jill Kelley ilə şübhəli əlaqəsinə görə istintaqa cəlb edilib.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, John Allen və Jill Kelley arasında son iki ilə aid olan minlərlə səhifəlik yazışmalar aşkarlanıb.

Kelly Petraeus ailəsinin dostu kimi tanınıb. O bildirmişdi ki, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Petrausun nikahdan kənar əlaqəsi olan Paula Broadwell alı qadından hədələyici məktublar alıbmış. Petraeusun nikahdan kənar münasibətləri qalmaqalı üzündən ötən həftə vəzifəsindən istefa verməli olub.

ABŞ Müdafiə naziri Leon Panetta deyib ki, bu araşdırmalar bitənə qədər Əfqanıstandakı general John Allenin Avropadakı qoşunların komandanı vəzifəsinə yüksəldilməsi təxirə salınır.
XS
SM
MD
LG