Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 08:50

Kentucky Fried Chicken-in Bakıda ən böyük “fast-food” restoranı açıb

Bakıda ABŞ-ın "fast-food" sahəsində aparıcı olan şirkətlərdən biri (KFC) restoranı açılıb. Restoran paytaxtın "28 may" metro syansiyasının yaxınlığında - dəmir yol vağzalında fəaliyyətə başlayıb.

120 ölkədə franşiza şəbəkəsi olan KFC Azərbaycandakı "fast-food"u özünün ən böyük restoranı kimi təqdim edib. Şirkət bura 3 milyon avro sərmayə qoyub.

Yemək zalı 300 adamlıqdır. İl ərzində 1,5 milyon qida məhsulunun satılması nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG