Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:58

Zamanin nəmli öpücükləri titrəyir dodaqlarımda


Şəlalə Cavanşir
Şəlalə Cavanşir
-

Iran (Ərdəbil)


Şəlalə Cavanşır


SƏNSİZLİK


Yağmur yağır sənsizliyimə

ərğuvan sarmaşıqları

düyünlənir ıslaq saçlarıma

zamanın uzaqlıq tozu bürüyür yaşıl gözlərimi

ey mənim uzaq anılarım

səni hansı yanlızlığımdan tapıb

əllərinin varlığını hiss edim

bu qarlı qış gecəsində

zamanin nəmli öpücükləri

titrəyir dodaqlarımda

şəhər günəşdən məhrum qalan

qaranlıq bir ruhu daşıyır tənində

elə ağır elə səssiz

və elə yorğun baxışlarla!



Furuğ Fərruxzad


(Çevirən: Şəlalə Cavanşir)


GÜNƏŞ DOĞUR

Bax gör necə gözlərimin içindəki kədər
Damcı - damcı əriyir
Gör necə, üsyancı qara kölgəm
Günəşin tutsağı olur
Bax,
Yox olur bütün varlığım
Içinə çəkir məni bir qıvılcım
qaldırır məni zirvələrə
məni duzağına düşürür
Bax
Mənim göy üzüm
Saysız ulduzlarla dolur
Uzaqlardan daha uzaqlardan gəldin sən ,
ətirlər və ışıqlar ölkəsindən
indi oturdubsan məni fildişləri ,buludlar ve krıstallardan oluşan bir qayıqda
Apar məni ürəyimi oxşayan umudum
Apar şeirlərin və həyəcanların diyarına
Ulduzlarla dolu bir yola çəkirsən məni
oturdursan ulduzlardan daha yüksək bir yerə
Bax
yandim ulduzdan
atəşli ulduzlardan dolub daşdım
Gecənin gölçüklərindən ulduzları toplayan
Saf qırmızı balıqlar kimi oldum
əskidən nə qədər uzaqdaydı yer kürəmiz
Göyüzünün bənövşə odalarına
Indi sənin və mələklərin qarlı qanadlarının səsini yenidən eşidirəm
Bax sonunda mən haralara çatmışam
Samanyoluna , ölümsüzlügə , sonsuzluğa
Indi ki çatmışıq zirvələrə
Yu məni ləpələr şarabıyla
Öpücüklərinin ipəyinə sar məni
Məni istə uzun sürən gecələrdə
məni bir daha yalnız buraxma
Məni ulduzlardan ayırma
Bax yolumuzda gecənin mumu
necə damcı-damcı əriyir
sənin sıcaq laylalarına
mənim gözlərimin qara qədəhi
yuxu şarabıyla dolur daşır
mənim şeirlərimin beşiginə bax ki
necə sən üflədikcə günəş doğuyur .

http://www.facebook.com/shelale.cavanshir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG