Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

Məhərrəmlik ayı noyabrın 16-dan başlayır


Aşura günü
Aşura günü
-

Məhərrəm ayının 1-i noyabrın 16-na, Aşura günü isə noyabrın 25-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayının başlanması və Aşura mərasimləri ilə bağlı fitvasında belə deyilir.

Fitvada bildirilir ki, Aşura günündə nizam-intizam gözlənilməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir.

Mərasimlərdə iştirak edənlər özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər.

Aşura günündə qanvermə aksiyalarının keçirilməsi tövsiyə olunur.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hicrətin 61-ci ilində Kərbəla olaylarından sonra qeyd olunmağa başlayan Məhərrəmlik mərasimləri bu gün də dünyanın müxtəlif bölgələrində qeyd olunur. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ildə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarına əza saxlayır.

Ümumilikdə Məhərrəm və Səfər aylarında davam edən (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətl baş verib) Məhərrəmlik mərasimləri Səfər ayının başa çatması ilə yekunlaşır. Səfər ayının sonuncu 10 günü də «məhərrəmlik» təqviminə aid edilir, müsəlmanlar həmin ayda toy-şənlik keçirmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG